...

Uşaqlar arasında mövsümi xəstəliklərin artmasının maraqlı səbəbi - MƏKTƏBLƏR

Cəmiyyət Materials 2 Oktyabr 2017 11:59 (UTC +04:00)
Payız mövsümü olsa da, havaların soyuması tədricən yox, anidən baş verdi.
Uşaqlar arasında mövsümi xəstəliklərin artmasının maraqlı səbəbi - MƏKTƏBLƏR

Bakı. İlhamə İsabalayeva - Trend:

Payız mövsümü olsa da, havaların soyuması tədricən yox, anidən baş verdi. Uşaqların bu rejimə uyğun geyindirilməsi və qorunması tələb olunur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Elmi-Tədqiqat Pediatriya İnstitunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.

O qeyd edib ki, təəssüf ki, bütün valideynlər bunu nəzərə almırlar: "Valideynlər bəzən "mənim uşağımın canı möhkəmdir" deyib uşaqlarını havaya uyğun geyindrmirlər. Nəticədə də zərər çəkən uşaqlar olur. Uşaqları iqlimə uyğun olaraq həm qidalandırmalı, həm də geyindirmək vacibdir".

N.Quliyev əlavə edib ki, hazırda ölkədə virus infeksiyalarının epidemiyası halları müşahidə olunmur.

Onun sözlərinə görə, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da payızda məktəblərin açılması kollektivlərdə uşaqlar arasında mövsümi xəstəliklərin artmasına zəmin yaradır: "Belə şəraitdə xəstəliklərin yayılma riski də yüksəkdir. Ona görə də həm müəllimlər, həm də valideynlər, uşaqlarla təmasda olan yaşlı insanlar bu məsələləri düzgün qiymətləndirərək onları qorumağı bacarmalıdırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti