Bakı. Elçin Mehdiyev – Trend:
Milli Məclisin deputatı Zahid Oruc Azərbaycanda Aşura mərasimləri zamanı qançıxarma hərəkətlərinə etiraz edib.
Trend-in məlumatına görə, Z.Oruc bu gün parlamentin payız sessiyasının ilk plenar iclasında qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə dini etiqad azadlığı mövcuddur: “Bu, yaxşı bir haldır. Ancaq qançıxarma hərəkətləri düzgün deyil”.
Deputat Aşura mərasimləri zamanı uşaqları hicaba bürüməyin də düzgün olmadığını bildirib:
“Dinin mahiyyətini anlamayan uşaqların hicaba bürünməsi yolverilməzdir. Əlbəttə, bu məsələni inzibati yolla həll etmək olmaz, bunu məsələni təhsillə, marrifləndirməklə həll etməliyik”.