...

Bu ilin sonuna kimi Bakının brendi hazır ola bilər

Cəmiyyət Materials 12 Oktyabr 2017 07:45 (UTC +04:00)
Bu ilin sonuna kimi Bakının brendinin hazırlanması nəzərdə tutulur.
Bu ilin sonuna kimi Bakının brendi hazır ola bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin sonuna kimi Bakının brendinin hazırlanması nəzərdə tutulur.

Bunu Trend-ə Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Bakının brendinin yaradılması üçün işlər fəal şəkildə aparılır.

K.Quluzadə deyib ki, bununla bağlı dünyanın ən populyar şəhərlərinin, paytaxtlarının brendlərini formalaşdıran 2 beynəlxalq şirkətlə iş aparılır. Hazırda qurum şirkətlərdən hansı ilə əməkdaşlıq edilməsinin daha münasib olduğunu müəyyənləşdirir və onlar arasında seçim aparır:

“Onlar bizə layihələr hazırlayaraq təqdim edirlər. Nəzərə alınmalıdır ki, brend yalnız loqonun hazırlanması demək deyil. Bu, konseptual bir yanaşmadır. Yəni biz Bakını xaricilərə necə təqdim edirik, Bakını hansı turizm bazarına hansı tərəfdən göstərmək istəyirik. Bakı çox rəngarəngdir. Buna görə də Çin bazarı üçün Bakı haqqında bir, körfəz ölkələri üçün başqa bir məlumat maraqlı olur. Kimə isə mətbəximiz, kimə isə mədəniyyətimiz, tariximiz xoş gəlir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti