Azərbaycanla Bolqarıstan arasında sosial təminat haqqında saziş layihəsi müzakirə olunub (FOTO)

Azərbaycanla Bolqarıstan arasında sosial təminat haqqında saziş layihəsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizə səfərə gəlmiş Bolqarıstanın əmək və sosial siyasət nazirinin müavini Lazar Lazarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

ƏƏSMN-dənTrend-ə verilən məlumata görə, səfərdə məqsəd “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsinin müzakirə olunmasıdır.

Görüşdə nazir Səlim Müslümov Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əlaqələrin getdikcə genişləndiyini vurğulayıb: “Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə səfərə gəlmiş Bolqarıstan Prezidenti Rumen Radevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən qeyd etdiyi kimi, “Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. İki il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və əslində, bu Bəyannamənin adı özlüyündə bir göstəricidir. Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar”.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatlar proqramının ölkədə iqtisadi şaxələndirməyə əsaslanan makroiqtisadi inkişafla bərabər, beynəlxalq standartlara uyğun müasir sosial müdafiə modelinin formalaşmasına imkan yaratdığını bildirib: “Əhalinin sabit artım tempinin müşahidə edildiyi Azərbaycanda mövcud sosial müdafiə sistemi əhatəliliyi ilə səciyyəvidir. Sosial cəhətdən həssas qruplarla bağlı yeni sosial təminat növləri formalaşmaqla yanaşı, əhalinin bu təbəqələrinə yönələn aktiv əmək bazarı proqramları da getdikcə genişlənir. Azərbaycanda səmərəli struktura və yeni çağırışlara cavab vermək potensialına, geniş əhatəliliyə malik olan, yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edən sosial müdafiə sistemi fəaliyyət göstərir. Hazırda sosial müdafiə siyasətində əsas istiqamət - həmin ailələrin aktiv formada dəstəklənməsinə, onların yoxsulluqdan kiçik ailə biznesinə çıxışa nail olmalarına, bunun üçün özünüməşğulluq proqramı ilə əhatə edilmələrinə yönəlib”.

S.Müslümov son illərdə yaradılmış əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi barədə ətraflı məlumat verib: “Eyni zamanda, 2006-cı ilin əvvəlindən ölkədə beynəlxalq standartlara cavab verən, tam elektron texnologiyalar üzərində qurulmuş, hər kəsin pensiyasının ödəmiş olduğu sığorta haqlarına, sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsi prinsipinə əsaslanan müasir sığorta-pensiya sistemi fəaliyyət göstərir. Cari ildə həyata keçirilən növbəti islahat tədbiri işləyən əhalinin sosial sığorta sistemində daha fəal iştirakını və bununla onların layiqli pensiyaya malik olmalarını, tam sığorta əsaslı pensiya təminatının formalaşmasını şərtləndirib. Ümumən sosial təminat sahəsində apardığımız islahatların nəticələri beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilib və mükafatlara layiq görülüb”.

Azərbaycanda əmək bazarının tənzimlənməsinə yönələn tədbirlərdən, yeni “İşsizlikdən sığorta haqqında” qanunun qəbulundan bəhs edən nazir bu tədbirlərin də əmək bazarı iştirakçılarının sosial hüquqlarının təminatı səviyyəsinin yüksəlməsinə şərait yaratdığını vurğulayıb: “Təbii ki, müvafiq sahələrdə aparılan islahatlarda beynəlxalq qurumlarla, ayrı-ayrı ölkələrlə, o cümlədən Bolqarıstanla əməkdaşlığa xüsusi önəm veririk. Ötən dövrdə “Azərbaycan ƏƏSMN və Bolqarıstan Əmək və Sosial Siyasət Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”, eləcə də onun müddəalarının icrası məqsədi ilə iki nazirlik arasında 2012-2013-cü illər üçün Əməkdaşlıq Proqramı imzalanıb və həmin sənədlərə uyğun olaraq hər iki tərəfdən müvafiq işlər aparılıb. Son illərdə əlilliyi olan şəxslərin Bolqarıstanda müasir müalicə metodları əsasında ixtisaslaşmış bərpa müalicəsinin təşkil edilməsi sahəsində də əməkdaşlıq həyata keçirilib. Bununla belə, əmək və sosial müdafiə sistemlərinin yeni çağırışlar əsasında daim təkmilləşdirilməsi, bu sahələrdə yeni yanaşmalar, digər tərəfdən, hər iki tərəfin əlaqələri daha da genişləndirmək, bunun üçün daha əlverişli hüquqi müstəvi formalaşdırmaq səyləri yeni bir əməkdaşlıq sənədinin - “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında sosial təminat haqqında Saziş”in layihəsinin hazırlanmasını şərtləndirib. Hesab edirəm ki, imzalanacaq Saziş əməkdaşlığımızın genişlənməsinə öz töhfəsini verəcək”.

L.Lazarov Azərbaycanla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirmək məramında olduqlarını vurğulayıb. Nazir müavini ölkəmizə səfər etmələrinin də həmin mərama xidmət etdiyini, bu səfərdən məmnun olduqlarını və Azərbaycanı daim inkişaf edən müasir bir ölkə kimi gördüklərini fikirlərinə əlavə edib. O, respublikamızda əmək və sosial müdafiə sisteminin mütərəqqi beynəlxalq təcrübələr əsasında inkişaf etdirilməsi üçün aparılan islahatları maraqla izlədiklərini və bu sahədə Azərbaycanla əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə gələcək əməkdaşlıq imkanları və “Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikasının Hökuməti arasında sosial təminat haqqında Saziş” layihəsinə dair fikir mübadiləsi aparılıb. Görüş nümayəndə heyəti və ƏƏSMN-nin əməkdaşlarından ibarət işçi qrup səviyyəsində layihədəki əməkdaşlıq istiqamətlərinin ətraflı müzakirəsi ilə davam edib.

Qeyd edək ki, görüşdən əvvəl nümayəndə heyəti üçün Azərbaycanın sığorta-pensiya sistemində islahatlar və ölkəmizin əmək və sosial müdafiə sahələrindəki avtomatlaşdırılmış informasiya sistemləri barədə təqdimatlar edilib.

Səfər çərçivəsində nümayəndə heyətinin ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu, Fondun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzi, Binəqədi rayon Məşğulluq Mərkəzi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzi (Yasamal) ilə tanış olmaları nəzərdə tutulub.

TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
TAP kompressor stansiyaları üçün qazın satın alınması ilə bağlı tender elan edəcək
“Karvan-L” tender elan edir
“Karvan-L” tender elan edir
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Loading Bars
Xəbər lenti
Ruşvət alarkən saxlanılan gömrük əməkdaşlarının ADLARI açıqlandı
Dövlət Xidmətinin korrupsiya ilə mübarizə işləri çərçivəsində “Qaynar xətt”i fəaliyyətə başlayıb
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun üçüncü iclası keçirilib (FOTO)
Mayın 19-na USD/AZN rəsmi məzənnəsi
Azərbaycanda istehlak qiymətləri indeksi sabitləşib - Dünya Bankı
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır
Azərbaycanlı mütəxəssislərin hazırladığı rəqəmsal transformasiya layihəsi beynəlxalq müsabiqədə 1-ci yerə layiq görüldü
“Müsəlman alimlərinin elm və texnologiyanın inkişafına töhfələri” mövzusunda keçirilmiş konfransın materialları çap olunub
Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi
Xəyanət nəticəsində işğal edilən Laçın bu gün azaddır
Ağdama aparan daha bir yol: Sürətlə davam edən tikinti prosesindən REPORTAJ - Trend TV
“Global Finance” IBA İnnovasiya Mərkəzini ən yaxşılardan biri seçdi!
Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN
Milli Məclis bir sıra məhkəmələrə yeni hakimlər təyin edəcək
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 432 nəfər koronavirusa yoluxub, 10 nəfər vəfat edib
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir - XİN
Ermənistanda siyasi gərginlik: parlament niyə baş nazir seçə bilmir?
İspaniya 3 minə yaxın miqrantı Mərakeşə geri göndərib
QMİ sədri Türkiyənin yeni səfiri ilə görüşüb (FOTO)
Qida təhlükəsizliyi sahəsində innovativ həllərin tətbiqi uğurla davam etdirilir
Rüşvət almaqda təqsirləndirilən sabiq müstəntiqə hökm oxundu
Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir - Belarus müdafiə naziri
Prezident İlham Əliyev: Bu gün Belarus və Azərbaycan əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir
Avropa azərbaycanlıları soydaşlarımıza çağırış edib (FOTO)
Bakıda I sinfə qəbulla bağlı müraciətlərin sayı açıqlandı
Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib
Azərbaycan bu ölkələrdən quş əti idxalına məhdudiyyət qoyub
“ASAP Career Academy” layihəsinin təqdimatı baş tutub (FOTO)
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib (YENİLƏNİB) (VİDEO)
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Azərbaycanda qızıl və gümüş bahalaşır
Gömrük Akademiyasında “RENFUL” şirkətinin mütəxəssisləri təlimlər keçirlər (FOTO)
İranda ötən sutka 14 min nəfər koronavirusa yoluxub, 310 nəfər ölüb
Azərbaycanlılar BMT qərargahı önündə minalarla bağlı aksiya keçiriblər (FOTO)
Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir - Sevil Mikayılova
Qəbələ Dəmiryol Vağzalı (FOTOSESSİYA)
Dəmir yolunun çəkilişi Qəbələnin turizm imkanlarının inkişafı üçün vacibdir (VİDEO)
Azərbaycan nefti bahalaşıb
“Xarıbülbül” festivalı Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir - Tamam Cəfərova
Şirvan Reabilitasiya Mərkəzində 90-a yaxın hərbçi müalicə edilib
Dəmir yolu ilə yükdaşımalar artıb
“Rabitəbank”dan illik cəmi 15% ilə onlayn kredit
"Telegram"ın işində qüsurlar yaranıb
Bolqarıstan bankı Azərbaycan qazının nəqli layihəsinə kredit ayırıb
Ermənistanın Azərbaycanın mədəni irsinə dağıdıcı rəftarı beynəlxalq hüququn pozuntusudur - Yaşar Əliyev
Sabah Bakıda 28, rayonlarda 35 dərəcəyədək isti olacaq
Yevlax bazarında nöqsanlar - Nehrə yağı adı ilə bitki yağları satılır (FOTO)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib
Sahibkarlar üçün ödənişsiz təlimlər keçirilir
"8 Noyabr" stansiyasının şəhid Xudayarın səs yazısı ilə səsləndirilməsi montajdır - Metropoliten
1300 qaziyə reabilitasiya və sosial-psixoloji xidmət göstərilib (FOTO)
Kəpəz dağında Nizami Gəncəvi zirvəsi təsis olunub (VİDEO)
Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakim təyin edilir
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir (SİYAHI)
Təlimlərin gedişi barədə məruzələr dinlənilib (FOTO)
Naxçıvan Ali Məhkəməsinə yeni hakimlərin təyin olunması təklif edilir
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə infrastruktur işlərinə başlanılıb (VİDEO)
Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanılıb
Məişət zorakılığından zərər çəkənlər üçün yeni yardım mərkəzlərinin akkreditasiyası keçiriləcək
Meksikada yük maşınında 9 nəfərin meyiti tapılıb
Bakıda Formula 1 ilə bağlı tikinti işləri yekunlaşır
Qarabağda potensial turizm marşrutlarının hazırlanmasına başlanılıb
Bakı-Qəbələ qatarında gediş-gəliş nə vaxt və neçəyə olacaq? - ADY-dən açıqlama
Belarusun Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib
Ölkədə 5 ulduzlu hotellərə tələbat daha çoxdur - Dövlət Turizm Agentliyi
Xırdalanda vaqon yanıb (ƏLAVƏ OLUNUB)
TAP-ın genişləndirilməsi ilə bağlı üç ssenari təklif edilir
TAP-la nəql olunan qazın həcmi açıqlanıb
Muğanlı-İsmayıllı-Qəbələ yolunun ilk 14 km-lik hissəsinin tikintisinə başlanılıb (FOTO)
Azərbaycan ordusu bütün bölgədə sülhün və təhlükəsizliyin qarantıdır - Naqif Həmzəyev
MDU-nun tələbələri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri olublar (FOTO)
TAP-ın genişləndirilməsi üzrə bazar sınaqları başlayıb
Bakıdan Qəbələyə ilk qatar yola düşüb (FOTO)
Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir (VİDEO)
ABŞ Prezidentinin müşaviri Prezident İlham Əliyevə zəng edib
18 yaşlı dizayneri işdə "tok" vurub öldürdü
Binəqədidə bir neçə mağaza yanıb
Bu il Azərbaycana yatırılan investisiyaların həcmi açıqlanıb
Mayın 18-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar il ərzində bir qədər azalıb
Kanada bu həftə 4,5 milyon doza koronavirus peyvəndi alacaq
Qazaxıstanda koronavirusa daha 1 837 nəfər yoluxub
Dördüncü sənaye inqilabı post-pandemiya dövründə artıma daha tez qayıtmağa imkan verəcək - "Honeywell"
Misir İsraili Qəzzada tibb müəssisələrinə zərbələr endirməkdən çəkinməyə çağırır
Bu gündən Azərbaycanda "Sputnik V" peyvəndinin tətbiqinə başlanılır
Finlandiya Rusiya neftinin alışını tədricən azaldır
Braziliyada Milli nüvə təhlükəsizliyi agentliyi qurulub
Misir Qəzza zolağına 65 ton tibbi avadanlıq və dərman göndərəcək
Dünya İqtisadi Forumunun xüsusi iclası bu il keçirilməyəcək
Kolumbiyada qarşıdurmalar davam edir, yenə ölən və çoxlu sayda yaralı var
Ekvadorda avtobus qəzasında 9 nəfər öldü
Türkiyədə son sutkada koronavirusdan 13 864 nəfər sağalıb
Rusiyada helikopter qəzaya uğrayıb, ölən və itkin düşən var
Hikmət Hacıyev Brüsseldə Aİ komissarı ilə görüşüb
Daşkəsəndə Yol Polisi nəzarət-profilaktik tədbirləri davam etdirir (FOTO)
Dünyada ötən sutka koronavirusa 589 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın xarici ticarət dövriyyəsi 10 milyard dollara yaxınlaşıb
Gürcüstandakı insident barışıqla başa çatdı
Azərbaycanın qaz ixracı 80 faizə yaxın artıb
Bütün xəbərlər