...

Qonşu ölkələrdə saytları iflic edən "BadRabbit"in Azərbaycana təhlükəsi var?

Cəmiyyət Materials 25 Oktyabr 2017 13:26 (UTC +04:00)
“BadRabbit” virusu ilə bağlı Azərbaycan dövlət strukturlarından şikayət daxil olmayıb.
Qonşu ölkələrdə saytları iflic edən "BadRabbit"in Azərbaycana təhlükəsi var?

Bakı. Hüseyn Vəliyev - Trend:

“BadRabbit” virusu ilə bağlı Azərbaycan dövlət strukturlarından şikayət daxil olmayıb.

Bu barədə Trend-ə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yanında Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (CERT) məlumat verilib.

Eyni zamanda, “Kasperski laboratoriyası”nın Azərbaycandakı rəsmi nümayəndəsi Müşfiq Məmmədov Trend-ə bildirib ki, bu insidentlə bağlı ətraflı hesabat təqdim olunmayıb: “Hücum Azərbaycana toxunmayıb. Ən azından, bizim müştərilərimiz müdafiə olunub”.

Qeyd edək ki, “Kasperski laboratoriyası”nın məlumatına görə, “BadRabbit” virusu bütün dünyada 200-ə yaxın təşkilatın saytına hücum edib. Hücuma ən çox məruz qalan Rusiya təşkilatları olub.

Bundan başqa, Ukrayna, Türkiyə və Almaniyada bir sıra idarələr bu virusun hücumuna məruz qalıb. Belə ki, ötən gün Kiyev metropoliteni, Odessa aeroportunun bank və informasiya sisteminin də bu vurusun hücumuna məruz qalması bəyan edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti