...

Bu gün dövlət qulluğunda rəhbər vəzifələri tutmaq istəyənlər imtahan verir

Cəmiyyət Materials 18 Noyabr 2017 09:08
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
Bu gün dövlət qulluğunda rəhbər vəzifələri tutmaq istəyənlər imtahan verir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq.

Qeyd edək ki, dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat dünən başa çatıb.

İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

Xəbər lenti

Xəbər lenti