Bakı. Samir Əli - Trend:
Astara rayonu ərazisində Təxtənəkəran-Toradi avtomobil yolunun kənarında baş vermiş sürüşmə zamanı yola tökülən qaya parçaları və palçıq təmizlənib.
Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Qurum rəsmisi bildirib ki, hadisə intensiv yağışlardan sonra baş verib: "Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradı avtomobil yolunun bir-neçə hissəsinə dağlardan gələn palçıq və qaya parçaları tökülüb. Əraziyə dərhal "Azəravtoyol" ASC-nin ağır texnikaları cəlb olunaraq hərəkət hissəsi təmizlənib. Hazırda yolda hər-hansı bir problem müşahidə olunmur".
A.Nəcəfli bildirib ki, hadisə nəticəsində yolda hərəkət tam dayanmayıb.