...

Heyvanlarla vəhşicəsinə davrananlar ciddi cəzalandırılacaq

Cəmiyyət Materials 28 Noyabr 2017 12:42 (UTC +04:00)
Heyvanlarla vəhşicəsinə davranan şəxslər haqqında ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.
Heyvanlarla vəhşicəsinə davrananlar ciddi cəzalandırılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Heyvanlarla vəhşicəsinə davranan şəxslər haqqında ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, bununla bağlı yalnız İnzibati Xətalar Məcəlləsinə deyil, həm də Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək: “Heyvanları məhv etmək, onlara pis münasibət göstərmək olmaz. Heyvanları qorumaq hər kəsin borcudur. Nəinki vəhşi heyvanlar, ev heyvanları haqqında da qanunvericliyə dəyişikliklər ediləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti