...

"Azərbaycan İntellektual Birİncisi” regionlarda davam edir (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2017 16:23
"Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
"Azərbaycan İntellektual Birİncisi” regionlarda davam edir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

"Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

"İrəli”dən Trend-ə verilən məlumata görə, layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.

Noyabrın 25-də “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Saatlı, Salyan, Beyləqan,, Hacıqabul, Şirvan, Neftçala, Sabirabad, İmişli, Kürdəmir şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran üzrə regional turniri Sabirabad şəhərində keçirilib. Layihədə “Xəmsə”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Saatlı, “Axtar Tap” intellektual oyununda Kürdəmir, “Vətəni tanı” intellektual oyununda Sabirabad şəhərinin gənc intellektualları qalib olublar.

Noyabrın 26-da “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Biləsuvar, Lənkəran, Cəlilabad, Yardımlı, Lerik, Astara şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Lənkəran şəhərində regional turniri keçirilib. Layihədə “Xəmsə”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Lənkəran, “Axtar Tap” intellektual oyununda Biləsuvar, “Vətəni tanı” intellektual oyununda Yardımlı şəhərinin gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayondan 1400 nəfər gəncin iştirak edir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə zamanı regional turnirlər Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçirilir.

Bütün region turnirlərinin açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov iştirak edib və region gəncləri ilə görüşüb. “İrəli” sədri çıxışında bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir”.“İrəli” sədri onu da qeyd edib ki, biz regional turnirlərdə istedadlı, intellektual gənclərimizin çox olduğunun şahidi olduq.

Qeyd edək ki, layihə hazırda davam edir və Azərbaycanın 10 regional turniri yekunlaşıb.

"Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti