...

Bakıda təcili tibbi yardıma müraciət daha çox bu xəstəliklərlə bağlıdır: İnsult, sinir...

Cəmiyyət Materials 26 Dekabr 2017 15:39 (UTC +04:00)
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına insult və sinir sistemi xəstəlikləri ilə bağlı edilən müraciətlərin sayı artıb.
Bakıda təcili tibbi yardıma müraciət daha çox bu xəstəliklərlə bağlıdır: İnsult, sinir...

Bakı. İlhamə İsabalayeva -Trend:

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına insult və sinir sistemi xəstəlikləri ilə bağlı edilən müraciətlərin sayı artıb.

Səhiyyə Nazirliyində Trend-ə verilən məlumata görə, 2017-ci il ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693600-dən artıq ümumi müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 12 000 müraciət çoxdur. Müraciət edənlərin 63300-dən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 82000 -dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 12500-dən artıq olub ki, bu da ötən illə müqayisədə azalıb.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150325, miokard infarktı ilə bağlı müraciətlərin sayı 865, insultla bağlı müraciətlərin sayı 3728 olub. Keçən illə müqayisədə miokard infarktı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə olunur. Sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak etmiş həkimlərdən ibarət xüsusiləşmiş briqadalar yaradılıb.

Hesabat ilində doğuşla bağlı müraciətlərin sayı 3099 (3084 nəfər hospitalizasiya edilib), tibb müəssisəsindən kənar doğuşların sayı 94 (93 nəfər hospitalizasiya edilib) olub. Hospitalizasiyadan imtina edilən bir hal barəsində Bakı Baş Səhiyyə İdarəsinə, ərazi üzrə qadın məsləhətxanasına, poliklinikaya, hüquq mühafizə orqanlarına məlumat verilib, ünvana polis əməkdaşları dəvət olunub.

BŞTvəTTYS-nın bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 31510, hospitalizasiya 2591 olunmuşdur. Hospitalizasiya olunan və evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilmişdir.

Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24895, hospitalizasiya 16734 olunmuşdur. Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20114, hospitalizasiya 12543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 olmuşdur.

Statistik rəqəmlərə əsasən 2017-ci il ərzində BŞTvəTTYS-na nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olmuşdur. Bu hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunmuşdur. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı il ərzində baş verən 2430 nəqliyyat hadisələri nəticəsində 2122 nəfər hospitalizasiya olunmuşdur. Bu da avtoqəzaların sayında 67, hospitalizasiyada isə 64 halda azalma deməkdir.

Pediatrik reanimasiya briqadalarının işi təkmilləşdirilmişdir. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 22 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 600 körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilmişdir.

Təcili tibbi yardıma ehtiyacı olan 335 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti