...

Azərbaycanın tanınmış arxeoloqu və dərslik müəllifi dünyasını dəyişdi

Cəmiyyət Materials 28 Dekabr 2017 10:45 (UTC +04:00)
AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin rəhbəri, tarix üzrə elmlər doktoru, professor İlyas Atababa oğlu Babayev uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.
Azərbaycanın tanınmış arxeoloqu və dərslik müəllifi dünyasını dəyişdi

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın müxbir üzvü, Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanın antik dövr arxeologiyası” şöbəsinin rəhbəri, tarix üzrə elmlər doktoru, professor İlyas Atababa oğlu Babayev uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.

Trend-in məlumatına görə, İ.Babayev 1935-ci il martın 23-də Quba rayonunun Xanəgah kəndində anadan olub. 1959-cu ildə Azərbaycanın ilk milli arxeoloq kadrlarından olan Saleh Qazıyevin rəhbərliyi ilə yaranmış Qəbələ arxeoloji ekspedisiyasında çöl tədqiqatlarına iştirak edir.

Tarix İnstitutunun arxeologiya şöbəsində çalışan İ.Babayev 1962-ci ildə Leninqrada (Sankt-Peterburqa) aspiranturada oxumağa gedir. SSRİ EA Arxeologiya İnstitutunun Leninqrad bölməsində İ.Babayev dissertasiya işi ilə bağlı tədqiqatlarla yanaşı, Leninqrad Universitetində qədim yunan dili və mədəniyyəti üzrə görkəmli mütəxəssis, professor K.M.Kolobovanın yanında qədim yunan dilini də öyrənir.

İ.Babayev Qafqaz və İranın antik dövr arxeologiyası üzrə dünyada tanınmış mütəxəssislərdən biri idi. O, 270-dən artıq elmi əsərin müəllifi olmuş, dünyanın müxtəlif şəhərlərində (Moskva, Kiyev, Afina, Ankara, Budapeşt, Seul, Geongu, Roma, Tbilisi, Mahaçqala) keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda maraqlı məruzələrlə çıxış edib.

İ.Babayev ali və orta məktəb dərsliklərinin, çoxcildlik “Azərbaycan tarixinin” I-II cildlərinin, “Azərbaycan numizmatikası”nın I cildinin, çoxcildlik “Azərbaycan Ensiklopediyası”nın, “Naxçıvan Ensiklopediyası”nın müəlliflərindən biri olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti