Bakı. İlhamə İsabalayeva - Trend:
"Rezidentlərin buraxılış imtahanlarında yüksək qiymətlər alması çox sevindirici hal olsa da, təəssüf ki, reallığı tam əks etdirmir. Bu baxımdan gələcək işlərimizdə bu hala xüsusi diqqət ayırmağımız gərəkdir".
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli bildirib.
Onun sözlərinə görə, bu il universitetin Hərbi Tibb Fakültəsini bitirənlər də daxil olmaqla, 458 həkim-mütəxəssisin buraxılışı olub.
Həmin buraxılışdan 359 nəfər həkim-mütəxəssis təyinatla daha çox tələbat olan tibb müəssisələrinə göndərilib.
G.Gəraybəyli bildirib ki, rezidentura təhsilinin keyfiyyətinin artırılması istiqamətində ardıcıl işlər görülüb və hazırda da davam etdirilir. Rezidenturaya qəbul planı ardıcıl olaraq artırılaraq, 2017-ci ildə 471 yer olub. 2011-ci ildən başlayaraq, 3255 nəfər rezidenturaya qəbul olunub. 10 ixtisas üzrə rezidentura təhsil proqramları təkmilləşdirilərək təsdiq üçün hazırlanıb:
“Bu il ilk dəfə olaraq bütün bazalar üzrə dövrü və yekun atestasiyalar ATU-da keçirilib. Rezidentlər təcrübə keçmək və kliniki bacarıqları artırmaq üçün xarici ölkələrin qabaqcıl klinikalarına rotasiyalara göndəriliblər".
Rezidentura təhsilinin keyfiyyətinin artırılması istiqamətində ardıcıl işlər görülüb və hal-hazırda da davam etdirilir. Rezidenturaya qəbul planı ardıcıl olaraq artırılaraq, 2017-ci ildə 471 nəfər olub. 2011-ci ildən başlayaraq, 3255 nəfər rezidenturaya qəbul olunub. 10 ixtisas üzrə rezidentura təhsil proqramları təkmilləşdirilərək təsdiq üçün hazırlanıb: “Bu il ilk dəfə olaraq bütün bazalar üzrə dövrü və yekun atestasiyalar ATU-da keçirilib. Rezidentlər təcrübə keçmək və kliniki bacarıqları artırmaq üçün xarici ölkələrin qabaqcıl klinikalarına rotasiyalara göndəriliblər. 2017-ci ildə ATU REC 5 elmi konfransda 24 ixtisas üzrə 192 elmi iş çap edilib. 2017-ci ildə rezidenturada 38 ixtisas üzrə, Naxçıvan Dövlət Universiteti və ATU-nun Hərbi Tibb Fakültəsini bitirənlər də daxil olmaqla, 458 həkim-mütəxəssisin buraxılışı olub və həmin buraxılışdan 359 nəfər həkim-mütəxəssis təyinatla daha çox tələbat olan tibb müəssisələrinə göndərilib".
İl ərzində keçirilən tədbirlərə gəlincə, bu ilin noyabrında ATU-da Gənc Alimlərin IV Beynəlxalq Tibb Konqresi keçirilib. Burada dünyanın bir çox ölkələrindən, o cümlədən Türkiyə, Rusiya, Almaniya, İran, Pakistan, Özbəkistan, Meksikadan nümayəndələr iştirak edib. Türkiyənin İstanbul Universitetinin Çapa Tibb fakültəsinin endoskopik-laporoskopik cərrahiyyə dərnəyinin təşkilati dəstəyilə, 6 nəfər professorun iştirakı ilə keçirilən “Güvənli laporoskopik xolesistektomiya” kursuna 80 tələbə və rezidentlər qatılıb.
ATU-da, ehtiyacı olan tələbələr diqqətdən kənarda qalmırlar. Bu baxımdan, valideyn himayəsindən məhrum olan tələbələrin ehtiyaclarının təmin edilməsi üçün xüsusi təqaüd fondu yaradılıb
G.Gəraybəyli bildirib ki, cari ildə ATU-nun dünyanın aparıcı tibb müəssisələri ilə inteqrasiyasını təmin etmək, onlarla elmi-təcrübi-kadr mübadiləsini aparmaq məqsədilə bir sıra mütəxəssislərlə görüşlər keçirilib: Bu sıraya Amerika Tibb Kollecləri Assosiasiyasının direktoru, Böyük Britaniyanın Vestminster Universitetinin Biotibbi Elmlər şöbəsinin rəhbəri, Türkiyə Silahlı Qüvvələrinin Tibb Xidmətinin rəisi, Türkiyənin Yedditəpə Universitetinin Xəstəxanasının direktoru, Qırğızıstan Manas Universitetinin rektoru, Gürcüstan Qafqaz Universitetinin rektoru, İsrailin Benquryon Universitetinin nümayəndələri, Amerika Birləşmiş Ştatlarının Çikaqo ştatının İlinois Universitetinin nümayəndələri ilə faydalı görüşlərı sadalamaq olar.
Hər bir inkişaf etmiş ölkənin universitetlərində olduğu kimi, ATU-da da dövrün tələbinə uyğun Elektron Universitetin yaradılması ilə bağlı işlərə başlanılıb.
Qeyd etmək istərdim ki, rezidentlərin buraxılış imtahanlarında yüksək qiymətlər alması çox sevindirici hal olsa da, əslində təəssüf ki, reallığı tam əks etdirmir. Bu baxımdan, gələcək işlərimizdə bu hala xüsusi diqqət ayırmağımız gərəkdir".
G.Gəraybəyli bildirib ki, əldə olunan nailiyyətlərə baxmayaraq, daha yüksək nəticələrin əldə olunması naminə islahatlar davam etdiriləcək.