...

Azərbaycan Tibb Universitetində Elektron Universitet yaradılır

Cəmiyyət Materials 30 Dekabr 2017 17:20 (UTC +04:00)
Azərbaycan Tibb Universitetində (ATU) Elektron Universitetin yaradılması ilə bağlı işlərə başlanılıb.
Azərbaycan Tibb Universitetində Elektron Universitet yaradılır

Bakı. Trend:

Azərbaycan Tibb Universitetində (ATU) Elektron Universitetin yaradılması ilə bağlı işlərə başlanılıb.

Trend-in məlumatına görə, bunu universitetin rektoru Gəray Gəraybəyli deyib.

Bir neçə həftə öncə Təhsil Nazirliyinin Akkreditasiya Şu­rasının qərarı ilə Tibb Universite­tinin 5 illik müddətə yenidən akkreditasiyadan keçirildiyini xatırladan G.Gəraybəyli dövlət başçısının imzaladığı "İclmai iştirakçılıq haqqında" qanuna əsasən, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının Əsasnaməsinin qəbul edildiyini vurğulayıb.

Rektor universiletin nəzdində 19 ixlisas üzrə müdafiələr keçirən 5 dissertasiya şurasının təşkil edildiyini deyib: "Əvvəllər cəmi 1 doktorluq şurası fəaliyyət göstərdiyi halda, indi 3 elmlər doktorluğu və 2 fəlsəfə doktorluğu şurasında elmi işlər müdafiə olunur".

Noyabr ayında ATU-da Gənc Alimlərin IV Beynəlxalq Tibb Konqresinin keçirildiyini söyləyən G.Gəraybəyli burada dünyanın bir çox ölkələrindən nümayəndələrin iştirak etdiyini bildirib. Rektor dövrün tələbinə uyğun olaraq ATU-da Elektron Universitetin yaradılması ilə bağlı işlərə başlanıldığını və sürətlə davam etdirildiyini deyib.

G.Gəraybəyli rezidenturaya qəbul planının ilbəil artırıldığını, bu göstəricinin 2017-ci ildə 471 nəfər olduğunu (2011-ci ildən indiyədək 3255 nəfər), rezidentura təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl işlərin davam etdirildiyini bildirib: "Bu il Səhiyyə Nazir­liyinin əmri ilə "Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar" təsdiq edilib, beləliklə, dünyanın qabaqcıl ölkələrində istifadə olunan davamlı tibbi təhsil sisteminin tətbiqinə başlanılıb. Bununla bağlı həm əhalinin, həm də səhiyyə ictimaiyyətinin maarifləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. İstər baza tibb təhsilində, istərsə də diplomdan sonrakı təhsildə uğurlar əldə edilib və bu sahədə islahatlar davam etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti