...

193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada (FOTO)

Cəmiyyət Materials 6 Yanvar 2018 17:47 (UTC +04:00)
ABŞ-ın məşhur "USA TODAY" informasiya agentliyində dərc olunan məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı qeyd olunub.
193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada (FOTO)

Bakı. Nigar Quliyeva -Trend:

ABŞ-ın məşhur "USA TODAY" informasiya agentliyində dərc olunan məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı qeyd olunub.

Trend-in məlumatına görə, dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sırada qeyd olunur.

"Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyət və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir" - deyən 27 yaşlı səyyah şəhərdə müasir arxitekrura və qədim binaların ahəngini də vurğulayır.

İlk səyahət olunmalı şəhərlər sırasında həmçinin, Şərqi Timorun paytaxtı Dili, Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Kiqali (Ruanda), Skopye (Makedoniya), Beyrut, Mendoza (Argentina), Fritaun (Syerra-Leon), Asmara (Eritreya), Baqan (Myanmar), Konstantin (Əlcəzair) yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti