...

Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər - SİYAHI

Cəmiyyət Materials 12 Yanvar 2018 16:40 (UTC +04:00)
Təhsil Nazirliyi 2018-ci il ərzində modul tipli məktəblərin quraşdırılacağı əraziləri açıqlayıb.
Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər - SİYAHI

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi 2018-ci il ərzində modul tipli məktəblərin quraşdırılacağı əraziləri açıqlayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu il ərzində ümumilikdə 137 modul tipli məktəb qurulacaq. Həmin məktəblər Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən, Xızı, İsmayıllı, Ağsu, İmişli, Qobustan, Şamaxı, Oğuz, Şəki, Qəbələ Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Saatlı, Beyləqan, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarında quraşdırılacaq.

Bu il, eyni zamanda, bəzi məcburi köçkün məktəblərinin də yerində modul tipli təhsil müəssisələrinin quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən il 100 modul tipli məktəbin inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir.

Bu il quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti