...

Bu yay Xəzərlə başqa ölkələrə kruizlərin təşkili mümkün olacaq

Cəmiyyət Materials 2 Fevral 2018 12:16 (UTC +04:00)
Bu yay Xəzərlə başqa ölkələrə səyahət etmək mümkün olacaq.
Bu yay Xəzərlə başqa ölkələrə kruizlərin təşkili mümkün olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Düşünürəm ki, yay mövsümündə həm Azərbaycan vətəndaşlarını, həm də xarici qonaqları Xəzər dənizində maraqlı gəzintilər gözləyir.

Trend-in məlumatına görə , bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, Xəzər dənizində kruizlərin təşkili üçün Rusiya tərəfindən gəmilər hazırlanır:

"Artıq bununla bağlı bir neçə layihə müzakirə olundu. Kruizlər yaya doğru təşkil olunacaq".

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladağı “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinə Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparmaq tapşırılmışdı.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC ilə “Moskva Çay Gəmiçiliyi” ASC arasında Xəzər dənizində PV300VD layihəli “Pyotr Velikiy” adlı sərnişin gəmisini istismar etməklə dəniz turlarının təşkili haqqında memorandum imzalanıb. Dəniz səyahətlərinin təşkili Azərbaycana gələn turistlərin sayının daha da artmasına və ölkədə turizmin inkişafına müsbət təsir göstərəcək.

Kruiz layneri vasitəsilə sərnişinlər Qara dənizə, Rusiyanın liman şəhərlərinə, Xəzəryanı ölkələrə səyahət edə biləcəklər. Burada fitnes zalı, hovuz, restoranlar, kinoteatr zalları və digər istirahət otaqları olacaq.

Gəminin texniki göstəriciləri ona Xəzərdə mövcud limanlara yan almağa imkan verəcək. Uzunluğu 141 metr, eni 16,82 metr olan gəmidə turistlərə 90 nəfərlik heyət xidmət göstərəcək.

Bu layihə ilə təkcə Xəzəryanı ölkələrdən deyil, ABŞ, Avstraliya, Avropa və Çindən olan turistləri də cəlb etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti