...

Qəbələ "İslam dünyasının turizm paytaxtı" ola bilər

Cəmiyyət Materials 5 Fevral 2018 16:55 (UTC +04:00)
Qəbələ şəhəri İslam dünyasının turizm paytaxtı adına namizəddir
Qəbələ "İslam dünyasının turizm paytaxtı" ola bilər

Bakı. Ləman Zeynalova - Trend:

Qəbələ şəhəri "İslam dünyasının turizm paytaxtı" adına namizəddir.

Bu barədə Trend-ə İslam Əməkdaşlıq Təşkilatından (İƏT) məlumat verilib.

Məlumatda qeyd olunur ki, İƏT-ə üzv ölkələrin turizm nazirlərinin X konfransının yekunlarına əsasən, 2019 və 2020-ci illərin "İslam dünyasının turizm paytaxtları" seçiləcək.

Bu ad uğrunda namizədlər arasında Qəbələ ilə yanaşı, Dəkkə (Banqladeş), Paraku (Benin) və Aqades (Niger) şəhərləri də yer alıb.

Sözügedən konfrans fevralın 6-da Dəkkədə keçiriləcək. İslam dünyasının turizm paytaxtlarının birində İslam ticarət yarmarkası təşkil olunacaq.

Qeyd edək ki, 2016-cı ildə İslam dünyasının turizm paytaxtı Konya, 2017-ci ildə Mədinə, 2018-ci il üçün Təbriz şəhərləri elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti