...

"ASAN kadr" və Bakı Ali Neft Məktəbi "Karyera sərgisi" keçirəcək

Cəmiyyət Materials 6 Fevral 2018 20:40 (UTC +04:00)
"ASAN kadr" və Bakı Ali Neft Məktəbi "Karyera sərgisi" keçirəcək.
"ASAN kadr" və Bakı Ali Neft Məktəbi "Karyera sərgisi" keçirəcək

Bakı. Trend:

ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbi gənclərin məşğulluğunu artırmaq üçün “1-ci Karyera sərgisi” keçirəcək.

Karyera sərgisi bütün vətəndaşlar üçün açıq elan edilir. Sərgi vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edəcək, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradacaq.

Belə ki, sərgi 2018-ci il 1 mart tarixində Bakı Ali Neft Məktəbinin yeni kampusunda saat 10:00-dan 17:00-dək davam edəcək, sərgidə müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri iştirak edəcək. Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək olmaq və müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.

Qeyd edək ki, “ASAN kadr” karyera mərkəzinin qurulmasında əsas məqsəd ASAN Könüllülük Məktəbinin məzun könüllülərinin peşakar karyera qurmalarına dəstək olmaqdır. Bu günə kimi 850-dən çox məzun "ASAN kadr" vasitəsilə işlə təmin edilib. Onların uğur hekayələri də www.asankadr.az portalında işıqlandırılıb.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti