...

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Cəmiyyət Materials 14 Fevral 2018 18:08 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək.
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Bakı. Trend:

Aprelin 25-dən 29-dək Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, beynəlxalq konfransın "XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları", "1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları" və "XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar" bölmələrində məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Məqalələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və fevralın 28-dək Təşkilat Komitəsinə göndərilməlidir. Məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı və elektron variant [email protected][email protected] e-mail ünvanlarına göndərilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti