...

Bəstəkar Tahir Əkbər vəfat edib

Cəmiyyət Materials 2 Mart 2018 23:30 (UTC +04:00)
Azərbaycanın tanınmış bəstəkarı Tahir Əkbər 72 yaşında vəfat edib.
Bəstəkar Tahir Əkbər vəfat edib

Bakı. Trend:

Azərbaycanın tanınmış bəstəkarı Tahir Əkbər 72 yaşında vəfat edib.

Bu barədə Trend-ə bəstəkarın yaxınları bildirib.

Bəstəkar sabah Yasamal qəbiristanlığında dəfn olunacaq. Ötən ilin noyabrında o, insult keçirmişdi.

Tahir Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür.

Allah rəhmət eləsin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti