...

Ötən il İctimai Komitə 300 məhbusa hüquqi yardım göstərib

Cəmiyyət Materials 21 Aprel 2018 16:12 (UTC +04:00)
2017-ci ildə Ədliyyə naziri yanında İctimai Komitə cəzaçəkmə müəssisələrinə 302 dəfə baş çəkib.
Ötən il İctimai Komitə 300 məhbusa hüquqi yardım göstərib

Bakı. Samir Əli - Trend:

2017-ci ildə Ədliyyə naziri yanında İctimai Komitə cəzaçəkmə müəssisələrinə 302 dəfə baş çəkib.

Trend-in məlumatına görə, başçəkmələr zamanı 300-ə yaxın məhbusla fərdi söhbət edilib, onlara pulsuz hüquqi yardım göstərilib.

Hesabat dövründə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması ilə bağlı Xüsusi Komissiya məhkəməyə göndərilməsi tövsiyə edilən müraciətlərin 98 faizini müsbət həll edib. Komissiya tərəfindən 2193 müraciət məhkəməyə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti