...

BDU-nun Filologiya fakültəsində professor Samət Əlizadənin 80 illik yubileyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 29 Mart 2018 09:58 (UTC +04:00)
Filologiya fakültəsində tanınmış dilçi alim, Əməkdar elm xadimi, professor Samət Əlizadənin 80 illik yubileyi qeyd olunub.
BDU-nun Filologiya fakültəsində professor Samət Əlizadənin 80 illik yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Filologiya fakültəsində tanınmış dilçi alim, Əməkdar elm xadimi, professor Samət Əlizadənin 80 illik yubileyi qeyd olunub.

BDU-dan Trend-ə verilən məlumata görə, tanınmış elm adamları, müəllim və tələbələrin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan dekan, dosent Elçin Məmmədov uzun illər Türkologiya kafedrasında çalışan mərhum alimin müəllimlik fəaliyyətindən və ziyalı kimi şəxsi keyfiyyətlərindən söz açıb. Ardınca Samət Əlizadənin həyatından bəhs edən sənədli film nümayiş olunub.

Akademik Nizami Cəfərov tələbəsi olduğu bu əvəzolunmaz alimin elmi yaradıcılığından danışıb, onunla bağlı yaddaqalan xatirələrini bölüşüb.

Türkologiya kafedrasının əməkdaşları, professor Elbrus Əzizov, dosent Qızılgül Abdullayeva, dosent Gülxanım Vəliyeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Əhəd Cavadov, professor İfrat Əliyeva, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, professor Sevil Mehdiyeva dilçi alim haqqında xoş xatirələrindən danışıb, onun Azərbaycan filologiyasına verdiyi töhfələri qeyd ediblər.

Sonda yubilyarın qızı, Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Əlizadə atasını həm müəllim, həm də valideyn kimi xarakterizə edib, alimin həyatı ilə bağlı maraqlı məqamları iştirakçıların nəzərinə çatdırıb, təşkilatçılara və qonaqlara öz dərin təşəkkürünü bildirib.

Tədbir Samət Əlizadənin 60 illik yubileyindəki çıxışını əks etdirən videoçarxın nümayişi ilə sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti