Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 1455 seçki məntəqəsinə panduslar quraşdırılıb.
Mərkəzi Seçki Komissiyasından Trend-ə verilən məlumata görə, panduslar fiziki qüsurlu seçicilərin səsvermə hüququndan rahat şəkildə istifadə etməsi məqsədilə quraşdırılıb.
Qeyd edək ki, aprelin 11-də prezident seçkiləri keçiriləcək. Respublika üzrə 125 seçki dairəsi və 5426 seçki məntəqəsi fəaliyyət göstərir.