...

Ceyhun Bayramov: Şəhər və ucqar kənd şagirdləri üçün ingilis dili üzrə eyni tələblər qoymaq düzgün deyil

Cəmiyyət Materials 3 Aprel 2018 17:33 (UTC +04:00)
Şəhər və ucqar kənd şagirdləri üçün ingilis dili üzrə eyni tələblər qoymaq düzgün deyil
Ceyhun Bayramov: Şəhər və ucqar kənd şagirdləri üçün ingilis dili üzrə eyni tələblər qoymaq düzgün deyil

Bakı. İlhamə İsabalayeva - Trend:

Monitorinq imtahanlarında qapalı tipli tapşırıqlarla müqayisədə açıq tipli tapşırıqlara cavab verməkdən imtina edənlərin faizi xeyli yüksəkdir, xüsusilə "siz necə düşünürsüz" tipli suallarda imtinaların sayı daha yüksək - 70 %-dir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, bunu DİM- in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrini təqdim edən M.Abbaszadə bildirib ki, 2013-cü il ilə müqayisədə 2017-ci ildə Azərbaycan dili və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur, lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur. İngilis dili fənni üzrə monitorinq imtahanları yalnız 2017-ci ildə keçirilib. Sədr bununla bağlı qeyd edib ki, problemin həlli yolunun müəyyən edilməsi üçün həmin suallar əsasında xarici dil müəllimləri üçün (hər hansı seçmə əsasında) imtahan keçirilməlidir.

Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, Şura üzvü Ceyhun Bayramov bildirib ki, belə imtahanlar nazirlik tərəfindən Azərbaycan dili və ədəbiyyat, eləcə də riyaziyyat müəllimləri üçün keçirilib və nəticələr təhlil olunub. Müzakirələr zamanı qeyd olunub ki, ingilis dili fənni üzrə şəhər və ucqar kənd məktəbləri şagirdləri üçün eyni tələblər qoymaq düzgün deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti