...

Səfir: İran Azərbaycana üçüncü ölkələrə elektrik enerjisinin ixracında kömək edə bilər

Cəmiyyət Materials 7 Aprel 2018 17:53 (UTC +04:00)
İran Azərbaycana elektrik enerjisini üçüncü ölkələrə ixrac etmək üçün kömək edə bilər.
Səfir: İran Azərbaycana üçüncü ölkələrə elektrik enerjisinin ixracında kömək edə bilər

Bakı. Maksim Tsurkov, Ləman Zeynalova - Trend:

İran Azərbaycana elektrik enerjisini üçüncü ölkələrə ixrac etmək üçün kömək edə bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov IRNA agentliyinə müsahibəsində deyib.

Səfirin sözlərinə görə, İranın tranzit marşrutu digərləri ilə müqayisədə daha sərfəlidir, xərclər baxımından 40 faiz ucuz, daşınma məsafəsinə görə isə 60 faiz daha qısadır.

Səfir qeyd edib ki, Tehran-Bakı əməkdaşlığı ikitərəfli münasibətlərlə məhdudlaşmır:

"Azərbaycan və İran arasında regionun digər ölkələri - Gürcüstan, Rusiya və Türkiyə ilə bağlanmış üçtərəfli və çoxtərəfli sazişlər mövcuddur".

Bu layihələrdən biri "Şimal-Cənub" nəqliyyat dəhlizidir. Bu dəhliz Şimali Avropanı Hindistan və Cənub-Şərqi Asiya ilə birləşdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti