...

Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib

Cəmiyyət Materials 19 Aprel 2018 16:04 (UTC +04:00)
Respublika Narkoloji Mərkəzin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov tutduğu vəzifəsindən azad edilib.
Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Respublika Narkoloji Mərkəzin direktoru Telman Süleyman oğlu Məmmədhəsənov tutduğu vəzifəsindən azad edilib.

Trend-in əldə etdiyi məlumata görə, onun vəzifədən azad edilməsi ilə bağlı əmr səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən aprelin 17-də verilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Trend-ə açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Respublika Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası direktorun təşkilatı metodik işlər üzrə müavini Aytən Rəşid qızı Səmədovaya həvalə edilib.

Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş vermişdi. Yanğın nəticəsində 25 nəfər dünyasını dəyişmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti