...

Azərbaycanda bu şəxslər sponsor ola bilməyəcəklər

Cəmiyyət Materials 20 Aprel 2018 14:18 (UTC +04:00)
Bu gün Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin iclası keçirilib.
Azərbaycanda bu şəxslər sponsor ola bilməyəcəklər

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclasın gündəliyinə 3 məsələ - Ombudsmanın illik məruzəsi, "Kütləvi informasiya vasitələri haqqında" və "Müəllif hüquqları və əlaqəli şəxslər haqqında" qanunlara dəyişikliklər daxil edilib.

"Kütləvi informasiya vasitələri haqqında" qanuna təklif olunan dəyişikliklərdə göstərilir ki, (maddə 21.1.1) "Reklam haqqında" qanunla reklamı qadağan edilmiş malların istehsalı və ya satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Həmçinin təklif olunur ki, sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri
mətbu nəşrlərdə bu barədə məlumat çap olunmalıdır. Dövri mətbuat nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

Eyni zamanda, qanunu 1.3-cü maddəsinə yenu məzmunda altıncı hissənin əlavə edilməsi təklif olunur, yəni, sponsor reklamı reklamla bağlı qanunauyğun olaraq yayımlanır.

Bununla yanaşı, 45-ci maddəyə yeddinci hissənin əlavə olunması təklif
olunur: "Haqsız, qeyri-dəqiq və gizli reklam "Reklam haqqında" qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti