...

TREND İnformasiya Agentliyi ilə Belarus Prezident Administrasiyasının nəşri əməkdaşlıq sazişi imzalayıb

Cəmiyyət Materials 7 May 2018 11:26
Qloballaşma və dünya proseslərinin, eləcə də informasiya proseslərinin regionallaşması bir medalın iki üzüdür.
TREND İnformasiya Agentliyi ilə Belarus Prezident Administrasiyasının nəşri əməkdaşlıq sazişi imzalayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Qloballaşma və dünya proseslərinin, eləcə də informasiya proseslərinin regionallaşması bir medalın iki üzüdür. Qloballaşma artıq bizə ölkələrin get-gedə artan qarşılıqlı asılılığını nümayiş etdirib, amma getdikcə güclənən regionallaşma isə buna cavab olaraq dövlətlərin, iqtisadiyyatların və cəmiyyətlərin qarşılıqlı fəaliyyətini və yaxınlaşmasını göstərir.

Bu prosesə iri informasiya institutları da qoşulub. Mayın 4-ü Azərbaycanın TREND İnformasiya Agentliyi ilə Belarus Respublikası Prezident Administrasiyasının nəşri “Sovetskaya Belorussiya” qəzetinin redaksiyası arasında məlumat mübadiləsi barədə saziş imzalanıb. Sənədi bu müəssisələrin rəhbərləri – baş direktoru İlqar Hüseynov və baş redaktor Dmitri Juk imzalayıb.

Tərəflər öz ölkələrinin daxili və beynəlxalq həyatlarında aktual hadisələr barədə operativ və etibarlı xəbər materialları ilə müntəzəm mübadiləni həyata keçirməyə razılıq verib. Bu əməkdaşlığın məqsədi Belarusda və Azərbaycanda baş verən hadisələrin işıqlandırılması üzrə informasiya-analitika imkanlarının genişləndirilməsi zənginləşdirilməsidir.

Media sahəsində daha sıx əməkdaşlıq bir-birinə çox yaxın olan iki ölkənin münasibətlərinin ardıcıl inkişafının məntiqi davamıdır. Ölkələr arasında münasibətlərinin qardaşlıq xarakteri, eləcə də prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun siyasi iradələri sayəsində hər iki dövlət əsasın əməkdaşlıq və qarşılıqlı səmərə dayanan yeni tip beynəlxalq münasibətlər qurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti