...

Milli Oftalmologiya Mərkəzinin Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar təşkil etdiyi aksiya yekunlaşıb (FOTO)

Cəmiyyət Materials 12 May 2018 17:01 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkil etdiyi Dəmiryolu Səyyar Klinikası ilk humanitar aksiyasını yekunlaşdırıb
Milli Oftalmologiya Mərkəzinin Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar təşkil etdiyi aksiya yekunlaşıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkil etdiyi Dəmiryolu Səyyar Klinikası ilk humanitar aksiyasını yekunlaşdırıb.

Mərkəzin Elmi təşkilati-metodik bölmənin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, mayın 8-dən 12-dək keçirilən humanitar aksiyanın məqsədi pasiyentlərə oftalmoloji yardım göstəməkdir. Səyyar Klinika ilk səfərini Azərbaycan və İran sərhədinə- Astara rayonuna edib. Astaranın dəmiryolu stansiyasında yerləşən Səyyar Klinikada keçirilən h umanitar aksiyada Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə mərkəzin 17 nəfərdən ibarət yüksək ixtisaslı tibb heyəti iştirak edib. Səyyar Qatarda ümumilikdə 675 nəfər müayinə və mülaicə olunub, 30-a yaxın pasiy ent əməliyyat edilib:" Pasientlər arasında İran vətəndaşları da iştirak edib. Onlar Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası haqqında məlumatlı olduqlarını və ona görə də gözlərində yaranan problemin həlli üçün bura gəldiklərini deyiblər".

Y.Abdiyeva əlavə edib ki , Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Qatarda yerləşən Dəmiryolu Səyyar klinikası müasir oftalmolojı avadanlıqlarla təciz olunub və tam avtonom (elektrik, su, havalandırma və kondisioner sistemləri) vaqondur. Səyyar Klinika eyni zamanda üç hissədən-texniki hissə, oftalmolojı müayinə bloku və cərrahiyyə blokundan ibarətdir. Bura da yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya üsullarla əməliyyatların aparılması üçün xüsusi aparatlar var. Bir gün ərzində dəmiryol səyyar klinikasında 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edilə bilər.

Y.Abdiyeva bildirib ki, il k dəfə olaraq Astaradan başlayan bu humanitar aksiya ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək:" Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. Dəmir yolu səyyar klinikasının üstünlüyü ondan ibarətdir ki, aksiya Azərbaycanın İran, Gürcüstan və Rusiya sərhədində yerləşən bölgələrində aparıldığı zaman bu ölkədə yaşayan azərbaycanlılar da səyyar klinikanın oftalmoloji xidmətlərindən yaralana bilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti