...

Allahşükür Paşazadə yalançı mollalardan danışdı

Cəmiyyət Materials 15 May 2018 11:43 (UTC +04:00)
Mövcud olan problemlərdən biri də yalançı mollalardır
Allahşükür Paşazadə yalançı mollalardan danışdı

Bakı. Elçin Mehdiyev – Trend:

Mövcud olan problemlərdən biri də yalançı mollalardır.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

A.Paşazadə bildirib ki, QMİ-də qeydiyyatda keçməyən, rəsmi icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər:

“Bu da qanun pozuntusudur. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilməyən insanların dini mərasimləri aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə işlər aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti