...

Pambıq sahələrində əkin sovkası zərərvericisinə qarşı mübarizə tədbirləri başlayıb (FOTO)

Cəmiyyət Materials 22 May 2018 20:04 (UTC +04:00)
125 hektar sahədə payızlıq əkin sovkası (Agrotis segetum) aşkar edilib.
Pambıq sahələrində əkin sovkası zərərvericisinə qarşı mübarizə tədbirləri başlayıb (FOTO)

Bakı. Trend:

Pambıq sahələrində əkin sovkası zərərvericisinə qarşı mübarizə tədbirləri başlayıb

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən pambıq əkinlərində aparılan monitorinqlər nəticəsində 125 hektar sahədə payızlıq əkin sovkası (Agrotis segetum) aşkar edilib.

Mübarizə tədbirləri kimi dondurma şumu aparmaqla zərərvericinin qışlama ocaqları məhv edilir.

Payızlıq əkin sovkası əsasən pambıq, qarğıdalı, tütün, bostan-tərəvəz bitkilərinin yeni çıxan şitilləri ilə qidalanaraq onları məhv edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti