...

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi ilə əlaqədar Apellyasiya Komissiyası yaradılıb

Cəmiyyət Materials 4 İyun 2018 11:03 (UTC +04:00)

Bakı. Trend:

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsi ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya Komissiyası yaradılıb.

DİM-dən Trend-ə verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Bakalavrlar Apellyasiya Komissiyasına iyunun 4-dən 6-dək saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti