...

Bakıda pulsuz ekspress marşrutu açılıb (FOTO)

Cəmiyyət Materials 5 İyun 2018 15:57 (UTC +04:00)
Bakıda pulsuz ekspress marşrutu açılıb.
Bakıda pulsuz ekspress marşrutu açılıb (FOTO)

Bakı. Trend:

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatı ilə əlaqədar Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edir.

MMC-dən Trend-ə verilən məlumata görə, vətəndaşlar 5-6 iyun tarixlərində saat 7:00-dan 15:50-dək, 7 iyun tarixində saat 8:00-dan 15:50-dək, 8-9 iyun tarixlərində isə saat 15:00-dan 00:40-dək “BakuBus” avtobuslarından istifadə edə bilərlər.

Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edən “BakuBus” avtobuslarından istifadə pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti