Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstana səfəri çərçivəsində Rustavi və Marneulidə bir sıra tədbirlərdə iştirak edib, görüşlər keçirib.
Komitədən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin iştirakı ilə Rustavi şəhərində Heydər Əliyev adına parkda ümummilli liderin heykəli önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra F.Muradov Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandarın evində təşkil edilən anım günündə iştirak edib. Görüşdə aşığın xatirəsi yad edilib, onun məktəbinin davamçısı olan aşıqların çıxışları dinlənilib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin qonşu Gürcüstana səfəri bu ölkənin mətbuatında da geniş işıqlandırlıb.