...

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlandı

Cəmiyyət Materials 21 İyun 2018 11:51 (UTC +04:00)
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlanıb.
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 3,5 faizi 900 manat və daha çox əməkhaqqı alır.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxış edən Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, 2014-2017-ci illər ərzində Azərbaycanda 134 136 müəllim diaqnostik qiymətləndirmədən keçib.

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizi 900 manat və daha çox əməkhaqqı alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti