...

Bakıda Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 23 İyun 2018 21:24 (UTC +04:00)
Bakıda Buenos-Ayresdə oktyabrda (Argentina) keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarının qalibləri mükafatlandırılıb
Bakıda Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Ənvər Məmmədli - Trend:

Bakıda Buenos-Ayresdə oktyabrda (Argentina) keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışlarının qalibləri mükafatlandırılıb.

Trend-in məlumatına görə, çoxnövçülüyün yekunları üzrə qızlar arasında Ukrayna gimnastı Anastasiya Baçinska qalib olub. İkinci yerdə fransalı Karolin Xedua, üçüncü yerdə isə rusiyalı Darya Belousova qararlaşıblar.

Qaliblərə mükafatları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurnala Məmmədzadə, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qadın idman gimnastikası üzrə texniki komitəsinin prezidenti Donatella Sakki və Avropa Gimnastika İttifaqının (UEG) qadın idman gimnastikası üzrə texniki komitəsinin prezidenti Anka Qabriela Mixailesku-Qriqoras təqdim ediblər.

Oğlanlar arasında 6 hərəkətin yekunlarına görə ilk iki yerdə Rusiya təmsilçiləri İriy Buse (qızıl) və Sergy Naydin (gümüş) qərarlaşıblar. Bürünc medalı Macarıstan təmsilçisi Kristian Balaş qazanıb.

Qaliblərə mükafatları Azərbaycan Gimnastika Federasiyasının icraiyyə komitəsinin üzvü Mariana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kişi idman gimnastikası üzrə texniki komitəsinin üzvü Ceff Tomson və Avropa Gimnastika İttifaqının (UEG) kişi idman gimnastikası üzrə texniki komitəsinin prezidenti Tom Finqvold təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti