...

Oğuzda 3 tona yaxın narkotik vasitə məhv edilib (FOTO)

Cəmiyyət Materials 25 İyun 2018 09:06 (UTC +04:00)
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
Oğuzda 3 tona yaxın narkotik vasitə məhv edilib  (FOTO)

Bakı. Trend:

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında ümumi çəkisi 2 min 900 kiloqram olan 8400 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları Oğuz RPŞ əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti