...

Bakı-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 30 İyun 2018 13:42 (UTC +04:00)
Bakı-Quba yolunda rənglənmə və təmir işlərinə start verilib.
Bakı-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı. Samir Əli - Trend:

Bakı-Quba yolunda rənglənmə və təmir işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Saray postundan Sumqayıt şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti