...

Azərbaycanın neolit dövrü insanlarının DNT-si araşdırılacaq - Türkiyədə (FOTO)

Cəmiyyət Materials 2 İyul 2018 11:01 (UTC +04:00)
Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada yerləşən Hacettepe Universitetinin Antropologiya Fakültəsinin professoru, doktor Yılmaz Selim Erdal AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun dəvəti ilə İnstitutun Elmi Fondunda tədqiqatlara başlayıb.
Azərbaycanın neolit dövrü insanlarının DNT-si araşdırılacaq - Türkiyədə (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada yerləşən Hacettepe Universitetinin Antropologiya Fakültəsinin professoru, doktor Yılmaz Selim Erdal AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dəvəti ilə İnstitutun Elmi Fondunda tədqiqatlara başlayıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədqiqatlar Avropa Birliyinin Horizon 2020, Consolidator Grant Avropa Tədqiqatlar Şurası və Türkiyə Elm və Texnoloji Qurumu (TUBİTAK) tərəfindən dəstəklənmiş Orta Doğu Texniki Universitetinin (Ankara) Bioloji Elmlər Fakültəsinin doktoru Mehmet Somel`in “Neogen: Neolitik Anadolu toplumlarında genetik və mədəni qarşılıqlı təsirin arxeogenomik analizi” layihəsi çərçivəsində aparılır. Layihədə Orta Doğu Texniki Universiteti, Hacettepe Universiteti və Stokholm (İsveç) Unversitetinin laboratoriyaları iştirak edirlər.

Layihə çərçivəsində Azərbaycan ərazisində aşkar edilmiş neolit insanlarının skeletlərindən DNT-analizi üçün nümunələr Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş laboratoriyalarında araşdırılacaq. Əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbəri olduğu arxeoloji ekspedisiya tərəfindən Tovuz rayonu ərazisində aşkar olunmuş və tədqiq edilən abidələrin materialları beynəlxalq elmi layihənin araşdırılmasına cəlb edilib.

Professor, doktor Yılmaz Selim Erdalın bildirdiyinə görə, ilk olaraq Azərbaycandakı həmin abidələrdə aşkar edilmiş insan qalıqlarının DNT analizi əsasında neolit dövrünə aid insanların bir-birilə qohumluq əlaqəsi araşdırılacaq. Bundan sonra Güney və Quzey Qafqaz, Anadolu və Avropanın neolit dövrü erkən əkinçi-maldar qədim əhalisi arasında qohumluğun, genetik bağlılığın olması məsələsinə aydınlıq gətirilməyə çalışılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti