...

Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub

Cəmiyyət Materials 3 İyul 2018 23:02 (UTC +04:00)
Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub
Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə silahlı hücum olub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin binası önündə baş verib. İcra başçısı binadan çıxarkən naməlum şəxs E. Vəliyevə tapançadan atəş açıb.Nəticədə güllə yarası alan E. Vəliyev və onun mühafizəçisi Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən şəxs Yunis Səfərov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, hadisəni törədən şəxs əvvəllər axtarışda olub.

Xəbər lenti

Xəbər lenti