Bilik Fondu ibadət ocaqlarına kitablar hədiyyə edir (FOTO)

Bilik Fondu ibadət ocaqlarına kitablar hədiyyə edir (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri bilik mənbəyi olan kitaba marağın artırılması, əhaliyə mütaliə mədəniyyətinin aşılanmasıdır. Bununla bağlı mütəmadi olaraq “Ev kitabxanası”, “Məscid kitabxanası”, “İmzalı görüş” layihələri, “Oxuyaq və oxudaq” aksiyaları həyata keçirilir, kitabsevər ailələrə, dini məbədlərə, uşaq və qocalar evlərinə, təhsil ocaqlarına, məişət və iaşə obyektlərinə kitablar hədiyyə olunur.

Trend-in məlumatına görə, Bilik Fondu 2015-ci ildən başlayaraq, “Dini maarifləndirmə” layihəsi çərçivəsində məscidlərin, kilsə və sinaqoqların dini və dünyəvi ədəbiyyat nümunələri ilə təminatı missiyasını uğurla davam etdirir.

Fond tərəfindən ibadət ocaqlarına xalqımızın həyat tərzinə çevrilmiş multikulturalizmi və tolerantlığı, dövlətlə din arasında sivil münasibətləri, ölkəmizdə bərqərar olmuş dini həmrəyliyi təbliğ edən, milli-mənəvi və dini dəyərlərimizdən bəhs etməklə azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət göstərən müxtəlif növ nəşrlər hədiyyə edilib.

Məscidlərə verilən bütün kitablar Azərbaycan Prezidentinin “Azərbaycan dilində latın qafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına uyğun olaraq nəfis tərtibatla nəşr edilmiş, yüksək poliqrafik keyfiyyətdə işıq üzü görmüş və və yüksək dini qurumlar tərəfindən tövsiyə olunmuş çap məhsullarıdır. “Məscid kitabxanası” təkcə dindarlar üçün deyil, hər bir kitabsevərin üzünə açıqdır.

Fəaliyyətə başladığı dövrdən Bilik Fondu “Məscid kitabxanası” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələri əhatə olunmaqla şəhər, qəsəbə və kəndlərdə yerləşən 50-dən çox dini məbədə 2500-dən çox kitab hədiyyə edib. Bunların arasında abadlaşdırılmasında Fondun iştirak etdiyi Bərdə İmamzadə Kompleksi, ərazisi Fondun dəstəyi ilə müxtəlif etnik qrupları təmsil edən gənclər tərəfindən yaşıllaşdırılmış Zaqatala rayonunun Əliabad qəsəbə Məscidi, Bakı şəhərinin Fatmayı, Mehdiabad, Nardaran, Sahil, Lökbatan, Buzovna, Müşfiqabad, Səngəçal qəsəbə məscidləri, Şamaxı Cümə Məscidi, Ağdaş, Göyçay, Tərtər, Cəlilabad, Qobustan, Astara, Masallı, İsmayıllı, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən şəhər məscidləri, Cəlilabad rayonunun Cocuq Mərcanlı, Beyləqan rayonunun Qaralar, Astara rayonunun Pensər və Şiyəkaran, Lənkəran rayonunun Cil, Masallı rayonunun Hişkədərə, Siyəzən rayonunun Zarat, İsmayılli rayonunun Lahıc, Zaqatala rayonunun Yuxarı Tala, İsmayıllı rayonunun Qubaxəlilli, Quba rayonunun Pirvalid kənd məscidləri də var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən Bilik Fonduna təqdim edilən və dini məbədlərə hədiyyə olunan kitablar xüsusi maraqla qarşılanır.

Layihə şərti olaraq “Məscid kitabxanası” adlandırılsa da, kitab hədiyyə edilən dini məbədlər sırasına Quba rayonu Qırmızı qəsəbədəki Giləki və Altı günbəz sinaqoqları, Qəbələ rayonu Nic qəsəbəsinin Cotari Alban-Udi kilsəsi, Oğuz rayonunun Yəhudi sinaqoqu da daxildir.

Quba rayonunun İkinci Nügədi kənd məscidinin imamı Hacı İlkin Qayıbovun fikrincə, Bilik Fondunun “Məscid kitabxanası” layihəsi maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği, həmçinin dini radikallığın, onu törədən səbəblərin aradan qaldırılması sahəsində öz müsbət nəticəsini verir. Məscidə gələn gənclər dini kitablarla yanaşı, dünyəvi kitabları da həvəslə mütaliə edirlər.

Тarixə, dinə, etnoqrafik yaddaşa sahib azsaylı xalq kimi varlığını davam etdirən alban-udilərin Azərbaycandа milli və mənəvi dəyərlərin zənginləşməsində böyük rol oynadıqlarını söyləyən Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Bilik Fondunun layihələrini izlədiyini və alqışladığını deyir: “Multikulturalizm, dini və milli dəyərlərin qarşılıqlı qorunması çərçivəsində udi kimliyinin, dəyərlərinin öyrənilməsi, bu müstəvidə Alban kilsəsinin bərpası, Alban xristianlığı anlayışının təbliği və bütün bunların tarixi-mədəni cəhətlərinin ortaya çıxarılmasını hədəfləyən tədbirlər, o cümlədən “Azərbaycan dilini öyrənirik” layihəsi bir örnəkdir və onun davamlı olmasına böyük ehtiyac var. Azərbaycanın multikulturalizm siyasətinin görünən üzü olan udilər üçün Bilik Fondunun keçirdiyi bu təlim kursları diqqətəlayiqdir”.

Quba rayonu Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Yuriy Naftaliyev bu barədə fikirlərini belə bölüşür: “Sinaqoqa Bilik Fondu tərəfindən hədiyyə olunmuş kitablardan Qırmızı Qəsəbədə fəaliyyət göstərən dini kollec tələbələri, sinaqoqun işçiləri və sinaqoqa ziyarətə gələn vətəndaşlar faydalanırlar. Onlar bu kitablar vasitəsilə gərəkli məlumatlar əldə edir, dünyagörüşlərini genişləndirir, asudə vaxtlarını mənalı keçirirlər. Bu diqqətə görə Bilik Fonduna öz dərin minnətdarlığımızı bildiririk”.

Masallı Cümə məscidi dini icmasının sədri və axundu Vaqif Mikayılov Bilik Fondunun əhalinin, xüsusilə də gənclərin dini maarifləndirilməsinə xidmət edən layihələrini yüksək dəyərləndirir: “Bilik Fondu tərəfindən bizim məscidə dini ədəbiyyatla yanaşı, dünyəvi ədəbiyyat nümunələri də hədiyyə olunub. Məscidlərə maarifçiliyə xidmət edən, insanların bədii zövq və biliklərini, dünyagörüşünü artıran kitabların hədiyyə edilməsi, “Məscid kitabxanası”nın yaradılması olduqca dəyərli fikirdir. Bu missiyanı uğurla yerinə yetirən Bilik Fondunun cənub bölgəsində ardıcıl tədbirlər həyata keçirməsi təqdirəlayiqdir. Belə layihələrin davamlı olmasını arzulayırıq”.

Ölkəmizdə yaşayan və pravoslav kilsəsində ibadət qılan rusdilli əhali üçün Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində artıq üç ildir ki, ödənişsiz “Azərbaycan dili” danışıq kursları fəaliyyət göstərir. Paytaxtın Jen Mironosits və Mixaylo-Arxangel kilsələrində, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyində, Qəbələ rayonunda udilərin kompakt yaşadıqları Nic qəsəbəsindəki Cotari Alban-Udi xristian kilsəsində dövlət dili tədris olunur. Fond mütəmadi olaraq təlimdə iştirak edənləri zəruri tədris və məlumat ədəbiyyatı, əyani vəsaitlər, danışıq kitabçaları və lüğətlərlə təmin edir, dinləyiciləri Azərbaycan dilində film nümayişləri və teatr tamaşalarına dəvət edir, muzey və sərgilərə ekskursiyalarını təşkil edir.

İbadət ocaqlarında dini və dünyəvi ədəbiyyat nümunələri ilə ünsiyyət bu ocaqları ziyarət edənlərin təkcə oxucu mədəniyyətini inkişaf etdirmir, həm də onların zəngin mədəniyyətimizə və incəsənətimizə marağını artırır, milli-mənəvi, əxlaqi və dini dəyərlərimizə qayğılı münasibətini formalaşdırır.

Elmi və bədii, eləcə də dini mütaliə ilə bağlı tədbirlərin həyata keçirilməsində Bilik Fondunun əsas məqsədi əhalinin kitaba sevgisinin, gənclərin mütaliəyə marağının artırılmasına nail olmaqdır. Şübhəsiz ki, kitaba sevgi və ehtiramla yanaşan cəmiyyət daim inkişaf edəcək və təkmilləşəcək, cəhalətdən uzaq olub tərəqqi yolunu tutacaq, sülhə və əmin-amanlığa nail olacaqdır!

BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsirini qiymətləndirib
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsirini qiymətləndirib
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma idxalına icazə verəcək
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma idxalına icazə verəcək
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Loading Bars
Xəbər lenti
"Instagram"ın işində fasilələr yaranıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyasında iştirak edib (FOTO)
Putin və Bayden arasında keçiriləcək görüşün vaxtı məlum olub
Gürcüstanda zəlzələ baş verib
Şabranda quşçuluq sexində yanğın olub
Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin mina xəritələrini əldə edib
Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı genişlənir (FOTO)
Gömrükçülər növbəti dəfə "Yaşıl Marafon" genişmiqyaslı ağacəkmə tədbirlərində iştirak ediblər (FOTO)
Yaşadıqları ünvanı tərk edən 2 koronavirus xəstəsi aşkarlanıb (FOTO)
Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
"Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi (FOTO)
Azərbaycanda 1 406 nəfər COVID-19-a yoluxub, 18 nəfər vəfat edib
Ombudsmanın İtaliyaya səfəri İtaliya mətbuatında geniş işıqlandırılıb
Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib (FOTO)
Avropa ölkələri Əfqanıstanda ümumi diplomatik missiya aça bilər
İranda ötən sutka daha 58 nəfər koronavirusdan ölüb
Bitkoin 20 faizə yaxın ucuzlaşıb
Güləş Federasiyasının ofisindən içərisində 63 min manat olan dəmir seyf oğurlanıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev Tailand və Finlandiyanın dövlət başçılarını təbrik edib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi
Xaçmazın icra başçısı Elnur Rzayev problemlərlə yerində tanış olub (FOTO)
Komando hərbi hissəsində taktiki təlim keçirilib (FOTO/VİDEO)
“Yevlax Pilot Aqropark”ın açılışı olub (FOTO)
Stokholmda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının səbəbi açıqlanıb
Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb
Əlillərin cəmiyyətə inteqrasiyasının qarşısını alan maneələr aradan qaldırılmalıdır - Ombudsman Aparatı (FOTO)
Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
40-a yaxın əlil kurort və müalicə mərkəzlərinə göndərilib
Qəbiristanlıqlardan oğurluq edənlər saxlanılıblar (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 280 mini keçib
Sosial reabilitasiya layihəsinə 6200 uşaq cəlb edilib (FOTO)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda kafe və aptekdən oğurluq edilib
İran da Zəngəzur dəhlizinin imkanlarından faydalana biləcək - İranın sabiq səfiri
2021-ci ilin son Günəş tutulması başlayıb (VİDEO)
Təbii qaz "omikron" ştammına görə ucuzlaşa bilər
Bazar günü hava yağmursuz keçəcək, 15 dərəcəyədək isti olacaq
Salyanda işlədiyi mağazadan 63 min manat pul oğurlayan şəxs saxlanılıb
Goranboyda evdən çıxan koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
Zərdabda toy sahibi cərimələnib
Zəngilanın Ağalı kənd sakinləri üçün kiçik təsərrüfatlar yaradılacaq (FOTO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ÜST ilə əməkdaşlıq memorandumu imzalayır (VİDEO)
Qazilər hansı halda müalicə üçün xaricə göndərilir?
Qusarda ev yanıb, bir nəfər ölüb
Dostumun atasını FHN hospitalına yerləşdirmək üçün 3 min manat istədilər - Məhkəmə
Qadın sərnişinlərə əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanıldı
Azərbaycan nefti bahalaşıb
Həbsxanadan çıxandan 15 dəqiqə sonra avtomobil qaçırtdı (FOTO/VİDEO)
XİN-də işə qəbulla bağlı imtahanda iştirak üçün tarif müəyyənləşib
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edir (FOTO)
Ötən gün 105 nəfər COVID pasportu olmadığına görə toya buraxılmayıb
Lənkəranda koronavirus xəstəsi çayxanada aşkarlanıb
Hacıqabulda evdən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Ordunun Təlim və Tədris Mərkəzində seminar keçirilib (FOTO)
bp-nin azad olunmuş ərazilərdə tikəcəyi elektrik stansiyasının investisiya dəyəri açıqlanıb
"Omikron" ştammı ABŞ-ın 10 ştatında aşkar edilib
Helikopter qəzasında yaralanan hərbçilərin vəziyyəti açıqlanıb
Suraxanıda üçmərtəbəli evdə yanğın olub
Bakıda mənzildə naməlum meyit tapılıb
Oğuzda "Kia" yanıb
Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Zaqatalada qapalı məkanlarda və ictimai nəqliyyatda reyd keçirilib, 30-a yaxın şəxs cərimələnib (FOTO/VİDEO)
Türkiyənin ixrac etdiyi məhsullarda "Made in Turkey" ifadəsi istifadə olunmayacaq
Fransa koronavirusun yayılmasında mübarizə üçün sərhəd nəzarətini gücləndirir
Türkiyə istehsalı olan hərbi texnikanın ixrac edildiyi bazarlar sırasında Azərbaycan ilk üçlükdədir
"Twitter" şirkəti yenidən təşkil olunacaq
İqlim dəyişikliyi ilə mübarizə üçün 10 trilyon dollara qədər vəsait tələb olunacaq - Kristalina Georgiyeva
Fransa və Qətər Əfqanıstana 40 tona yaxın humanitar yardım çatdırıb
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsirini qiymətləndirib
İsveçrə və Belçika koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma idxalına icazə verəcək
BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb
"Honda" şirkəti 790 minə yaxın avtomobili geri çağırır
ABŞ dövlət katibi Bayden ilə Putinin "ən yaxın gələcəkdə" danışacağını açıqlayıb
Ən məhsuldar smartfonun adı məlum olub
Koronavirusun "omikron" ştammı 38 ölkədə aşkar edilib - ÜST
Türkiyə prezidenti Soçidə keçirilən üçtərəfli görüşün əsas nəticələri barədə məlumatlandırılıb
Mingəçevir Dövlət Universitetində təhsil tələbə krediti ilə bağlı infosessiyalar keçirilib (FOTO)
AQTA daha 5 müəssisədə pozuntular aşkarlayıb
Bakıda çoxmərtəbəli binada yanğın olub, ölən var
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə”lər seçilib (FOTO)
MDU-da “Tələbə Mediası” layihəsinin iştirakçıları ilə görüş olub
UNEC İqtisadi Forumunun sonuncu paneli: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya (FOTO)
Ombudsman nümayəndəsi Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
“BakuBus” MMC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda konfrans keçiriləcək
Ərdoğan və Putin Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər
Tikinti-Təchizat Birliyi MMC-nin saxlanılması xərcləri müəyyənləşib
Dayanıqlı maliyyəni təmin etmək üçün alternativ maliyyə mənbələri vacibdir - Orxan Məmmədov
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR
Heydər Əliyev Fondu ilə UNICEF arasında növbəti Anlaşma Memorandumu imzalanıb (FOTO)
Ombudsman İtaliyada bir sıra rəsmi görüşlər keçirib (FOTO)
Bakıda şantaj yolu ilə qızı intihara vadar edən oğlan həbs edildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 703 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb
Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub (FOTO/VİDEO)
Bütün xəbərlər