...

Bakıda svetoforların fəaliyyətində yaranan çətinliklər aradan qaldırılır

Cəmiyyət Materials 12 İyul 2018 16:56 (UTC +04:00)
Bakıda svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır.
Bakıda svetoforların fəaliyyətində yaranan çətinliklər aradan qaldırılır

Bakı. Samir Əli - Trend:

Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib. Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib.

Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti