...

Bakıda marşrut xətlərindən biri uzadıldı - 199

Cəmiyyət Materials 16 İyul 2018 16:40 (UTC +04:00)
Bakıda marşrut xətlərindən biri uzadılıb.
Bakıda marşrut xətlərindən biri uzadıldı - 199

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakıda marşrut xətlərindən biri uzadılıb.

Trend Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən məlumat verir ki, bundan əvvəl 199 saylı marşrut xətti Şərq bazarının qarşısındakı dayanacaqdan Masazır dairəsi daxil olmaqla "Abşeron" gənclər şəhərciyinə qədər yol qət edirdi. Həmin ərazidə yaşayan sərnişinlərin və Bakı Mühəndislik Universitetində təhsil alan tələbələrin Dövlət Xidmətinə çoxsaylı müraciətləri də nəzərə alınmaqla marşrutun xətti universitetin önündəki dayanacağa qədər uzadılıb.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən 199 saylı marşut xətti üzrə hərəkət edən avtobuslarda ödəniş nağdsız qaydada kart sistemi vasitəsilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti