...

Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd planı hazırlayan şəxs məhv edilib (FOTO)

Cəmiyyət Materials 25 İyul 2018 14:20 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd planı hazırlayan şəxs məhv edilib.
Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd planı hazırlayan şəxs məhv edilib (FOTO)

Bakı. Trend:

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd planı hazırlayan şəxs məhv edilib.

Trend-in məlumatına görə, Yunis Səfərovla birlikdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevə qarşı sui-qəsd planları hazırlamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahlı müqavimət göstərdiyinə görə məhv edilib.

Onun 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçməsi, mütəmadi olaraq İrana səfər etməsi də məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti