...

Ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb

Cəmiyyət Materials 5 Sentyabr 2018 10:27 (UTC +04:00)
Son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.
Ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Respublika Narkoloji Dispanserdə ötən il 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb.

Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar.

Qeyd edək ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti