...

Azərbaycanda sərinləşdirici içkilər niyə plastik qablarda satılır?

Cəmiyyət Materials 8 Sentyabr 2018 11:11 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ekoloji cəhətdən təmiz olmaqla yanaşı, sağlamlığa zərərli olmayan şüşə qablaşdırmalar ölkəmizdə olduqca az istifadə edilir.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel məsələ ilə əlaqədar Trend-ə açıqlmasında deyib ki, buna səbəb lazımi şüşə qabların ölkədə standartlara uyğun istehsalının olmamasıdır.

Baş direktor qeyd edib ki, şirkət bir müddət məhsullarını şüşə qablarda satışa çıxarsa da, sonradan bunu dayandırıb:

“Şüşə qablar bizə xarici ölkələrdən gəlirdi və bu qablar bir neçə dəfə istifadə üçün nəzərdə tutulmuşdu. Ancaq bir müddət sonra qarşı tərəf keyfiyyətli məhsul göndərmədiyinə görə biz bu işi dayandırmaq məcburiyyətində qaldıq. Eyni zamanda şüşə qablar xaricdən alındığı üçün iqtisadi tərəfdən də səmərəli olmadı”.

E.Güzel bildirib ki, Azərbaycanda standartlara uyğun şüşə qablaşdırma zavodu və bu kimi müəssisələr fəaliyyət göstərərsə, ölkədə sərinləşdirici içkilərin plastik qablarda satışının da qarşısını almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti