...

Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb

Cəmiyyət Materials 3 Oktyabr 2018 15:03 (UTC +04:00)
Azərbaycanda qadın orta məktəb direktorlarının sayı artıb.
Azərbaycanda qadın məktəb direktorlarının sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qadın orta məktəb direktorlarının sayı artıb.

Trend-in məlumatına görə, 2017-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların xüsusi çəkisi ötən tədris ili ilə müqayisədə 33,8 faizdən 35,2 faizə qədər artıb.

Ümumilikdə əyani ümumi təhsil müəssisələrində qadınların ümumi sayında direktorların və onların müavinlərinin sayı 1,3 faiz çoxalıb.

Ümumi orta təhsil müəssisələrində direktorların 23,8 faizi qadın, 76,2 faizi kişi, tam orta təhsil müəssisələrində direktorların 35,2 faizi qadın, 64,8 faizi kişidir.

Orta məktəblərdə direktor müavinlərinin 38,4 faizi, tam orta təhsil müəssisələrində 55 faizi qadındır.

Direktor müavinlərinin 61,6 faizi, tam orta təhsil müəssisələrində direktor müavinlərinin 45 faizi kişilərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti