...

Ölkədə xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb - FOTO

Cəmiyyət Materials 25 Sentyabr 2018 15:31 (UTC +04:00)
Azərbaycanda xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb.
Ölkədə xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb - FOTO

Bakı. Samir Əli - Trend:

Azərbaycanda xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb.

Trend-in məlumatına görə, "ADEX-2018" 3-cü Beynəlxalq müdafiə sərgisində snayper nümayiş olunub.

Silahın atış məsafəsi 1500 metr olub 11 kq ağırlığındadır. Lüləsi qısaldılıb və çəkisi azaldılıb. Dəqiq atəşlə bir güllə ilə hədəfi vurmaq mümkündür. Hələlik snayperə ad qoyulmayıb.

Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti