...

ADA Universitetində Nəsimi yaradıcılığına dair plenar müzakirə

Cəmiyyət Materials 28 Sentyabr 2018 13:43 (UTC +04:00)
Sentyabrın 28-də Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində ADA Universitetində Nəsimi yaradıcılığına dair plenar müzakirə keçirilib.
ADA Universitetində Nəsimi yaradıcılığına dair plenar müzakirə

Bakı. Trend:

Sentyabrın 28-də Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində ADA Universitetində Nəsimi yaradıcılığına dair plenar müzakirə keçirilib.

Trend-in məlumatına görə, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Azərbaycanda ilk dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalinin keçirildiyini bildirib. Qeyd olunub ki, Şərqin dahi şair və mütəfəkkirlərindən olan İmadəddin Nəsiminin yaradıcılığına həsr edilən, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

“Türkdilli mistik poeziyanın və fəlsəfənin inkişafında Nəsiminin rolu” mövzusunda keçirilən tədbirdə Azərbaycan ilə yanaşı, Türkiyə, ABŞ, Almaniya, Rusiya və İrandan tanınmış tədqiqatçılar, türkoloqlar, nəsimişünaslar iştirak ediblər.

Alimlər və tələbələr diskussiya şəraitində Nəsimi yaradıcılığı barədə müzakirə aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti