Leyla Əliyeva Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində sərgilərin açılışında iştirak edib (FOTO)

Leyla Əliyeva Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində sərgilərin açılışında iştirak edib (FOTO)

Bakı. Trend:

Sentyabrın 28-də Heydər Əliyev Mərkəzində Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı çərçivəsində üç sərgi - “Live Life”, “Hürufilik: incəsənət və identiklik” və Brayn İnonun “77 milyon rəsm əsəri” sərgiləri açılıb.

Sərgilərin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Festivalın açılışı münasibətilə təbriklərini çatdıran Leyla Əliyeva bu festivalın dünyada incəsənətin, mədəniyyətin inkişafına mühüm töhfə olacağına əminliyini ifadə etdi. Nəsiminin Azərbaycan poeziyasının inkişafında əhəmiyyətli rol oynadığını və poeziyanın şah əsərlərini yaratdığını deyən Heydər Əliyev Fondunun vitse-prezidenti Nəsimi poeziyasının bu gün də yaşadığını və aktual olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, biz bu festivalda Nəsimi poeziyasının ruhunu musiqi, rəqs, incəsənət, videoinstalyasiyalar, yoqo meditasiyası vasitəsilə kəşf edəcəyik və şüurun dərinliyinə səyahət edəcəyik.

Nəsimi festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində üç sərginin açıldığını da qeyd edən Leyla Əliyeva müəllifi olduğu “Live Life” sərgisinin London, Berlin, Moskva, Paris və Tbilisidə nümayiş etdirildiyini, bu sərginin ekoloji problemlərə diqqəti yönəltdiyini bildirdi. Qeyd etdi ki, eyni zamanda, sərgi bizim planetin gözəlliyini və bütün insanların birliyini vurğulayır.

Leyla Əliyeva Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondu tərəfindən təqdim olunan “Hürufilik: incəsənət və identiklik” sərgisindən də danışdı, burada bir sıra ərəb ölkələrində yaşayan müasir rəssamların işlərinin təqdim edildiyini söylədi. Brayn İnonun “77 milyon rəsm əsəri” sərgisində isə musiqinin və video-art instalyasiyanın nümayiş olunduğunu vurğuladı.

Heydər Əliyev Fondunun vitse-prezidenti festivala gələn qonaqlara minnətdarlığını bildirərək, Nəsiminin poemalarının daimi olduğunu vurğuladı. “Bu əsərləri oxuyanda siz insanın ruhunu hiss edirsiniz. Ümidvaram ki, bu festival nəticəsində Nəsimi poeziyasının bir çox yeni oxucuları üzə çıxacaq və planetimizə daha müsbət ideyalar yayacaqlar”, - deyən Leyla Əliyeva festivalın işinə uğurlar arzuladı.

Tədbirdə çıxış edən Barcil Fondunun nümayəndəsi Çarlz Pokok, Nəsiminin qohumu Məhəmməd Nəsimi festivalın, eləcə də sərgilərin təşkilinə görə təşəkkür ediblər.

Sonra tədbir iştirakçıları sərgilərlə tanış olublar.

“Live Life” sərgisi

“Live Life” (“Canlı həyat”) sərgisi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

Ekspozisiya London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Ekspozisiyaya Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan rəssamları Məryəm Ələkbərli, Ayləl Heydərova, Nailə Sultan, Rəhim Çopurov, Timur Özdəmirovun əsərləri daxildir və onlar sərginin təqdim olunduğu bütün şəhərlərdə nümayiş etdirilib. Bundan əlavə, hər bir ölkədə keçirilmiş sərgidə iştirak etmək üçün yerli rəssamlar da dəvət olunub.

Heydər Əliyev Mərkəzindəki sərgidə, həmçinin yerli rəssamlar Vasif Nəcəfzadə və Xəzər Nəbiyevin əsərləri təqdim edilir. Suriyada anadan olmuş rəssam Andreas Əl Çreiki, Devid Mçedlişvili (Gürcüstan), Viktor Semyonov (Rusiya), Cennifer Uestcon (Fransa) və Sabina Burmester (Almaniya) də Bakı sərgisinə qoşulublar. Ekspozisiyada 200-dən artıq əsər təqdim olunur.

“Live Life” sərgisinə baxan tamaşaçı bu qənaətə gəlir ki, həyat yaradıcılıqdır. Bu baxımdan həyatı mənalı yaşamağı bacarmaq isə yaradıcılıq hesab oluna bilər. Biz real hərəkətlər vasitəsilə canlı təbiəti, incəsənət vasitəsilə isə insan ruhunu xilas edirik. Çünki gözəlliyə həqiqətən can atmaq bizə kainatı idarə edən qanunları anlamaqda kömək edəcək.

“Hürufilik: incəsənət və identiklik” sərgisi

Heydər Əliyev Mərkəzində açılan “Hürufilik: incəsənət və identiklik” sərgisi Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondunun kolleksiyası əsasında təqdim edilir. Burada 30-dan çox rəngkarlıq, heykəltəraşlıq və qrafika nümunələri nümayiş olunur.

Bu sərgi hürufilik və onun hazırkı dövrümüzə qədərki inkişaf yolu ilə bağlı yaradıcılıq nümunələrini nümayiş etdirir. Ekspozisiya ayrı-ayrı vaxtlara, yanaşmalara və rəssamlara, eləcə də həmin rəssamları XX və XXI əsrlərdə narahat edən məsələlərə aid yığcam təsvirləri təcəssüm etdirir.

Brayn İno. “77 milyon rəsm əsəri” sərgisi

Festival çərçivəsində Heydər Əliyev Mərkəzində, həmçinin ambient musiqi janrının yaradıcısı, görkəmli britaniyalı bəstəkar Brayn İnonun “77 milyon rəsm” musiqi və video-art instalyasiyası təqdim edilib.

“77 milyon rəsm əsəri” İnonun yaratdığı vizual və səs elementlərinin saysız-hesabsız kombinasiyalarını özündə birləşdirir. Onun özündə cəmləşdirdiyi çoxsaylı videoyazı kataloqunu dərk etmək demək olar ki, mümkün deyil. “Rəsm əsərləri” tamaşaçının bilavasitə gözləri qarşısında alqoritmik şəkildə yaradılmaqla daim inkişaf etməkdə olan audio-vizual kaleydoskop tipli videoeffektləri formalaşdırır.

Bu əsər indiyədək Tokio, London, Nyu-York, Buenos-Ayres, Barselona, Sidney, Mexiko, Keyptaun, Roma və digər şəhərlərdə nümayiş olunub.

Brayn İno britaniyalı musiqiçi, müğənni, musiqi nəzəriyyəçisi, səsyazma prodüseri və multimedia rəssamıdir. O, müasir ambient musiqisinin banisi hesab olunur.

Brayn İno beynəlxalq aləmdə ilk dəfə 1970-ci illərin əvvəllərində “Roxy Music” qrupunun üzvlərindən biri kimi tanınıb. Qısa müddətdən sonra onun birinci solo albomu işıq üzü görüb. O, prodüser kimi təxəyyül və bacarıqlarını “Talking Heads”, “Devo”, “Laurie Anderson”, “U2” və “Coldplay” qrupları vasitəsilə albomlarda reallaşdırıb. Onun çoxsaylı müştərək yaradıcılıq işlərinə Devid Boui, Con Keyl, Devid Birn, Qreys Cons, Ceyms Bleyk və bir çox digərləri ilə səs yazıları daxildir.

İno, eyni zamanda, işıq və video ilə vizual eksperimentlər aparıb. Bunlar yaxın onilliklər ərzində onun musiqi yaradıcılığı ilə paralel baş verib. O, öz işlərini Venesiya Biennalesindən tutmuş, Sankt-Peterburq, Pekin və Sidneyədək dünyanın müxtəlif nöqtələrində nümayiş etdirib.

Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Loading Bars
Xəbər lenti
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)
Formula 1 Azərbaycan Qran Prisi daha 1 il uzadılır
“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib
Bakıda narkotik alverçisi 3 kiloqram heroinlə yaxalandı (FOTO/VİDEO)
Unibankda yeni təyinat olub
Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim
Azərbaycan ilkin səhiyyə xidmətinin gücləndirilməsi üçün Türkiyə təcrübəsini öyrənir (FOTO)
Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciətlər əsasən bununla bağlı olub
Oralarda işləmək tarix yaratmaq deməkdir - Usta ilə söhbət (FOTO)
Ötən gün ölkədə 33 yanğın olub, 25 nəfər təxliyə edilib
Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək
Belarusda rəssam Nailə Qəndilovanın Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri təqdim edilib
Sabah milli parklara giriş pulsuz olacaq (FOTO)
ABŞ-da Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib
Bu il Formula 1 Azərbaycan Qran Prisi yeni qaydalarla keçiriləcək
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Binəqədidə velosiped oğruları saxlanılıb (FOTO/VİDEO)
Mədəniyyət naziri Mövlud Çavuşoğlu ilə görüşüb (ƏLAVƏ OLUNUB)
Çin iyulun sonunadək əhalinin 40 faizini peyvəndləməyi planlaşdırır
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İndi güc xanımlarda! - Rabitəbankdan xanım sahibkarlar üçün sürpriz (VİDEO)
Nigar Arpadarainin əvəzinə yeni təyinat oldu
Bütün xəbərlər